Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan futbolçuları Şimali İrlandiyadan geri dönə bilmir

Azərbaycan futbolçuları Şimali İrlandiyadan geri dönə bilmir

Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfast şəhərindədir.

Xəbəri “Report” yayıb. Xəbərə görə, buna səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən “Boeing 787 Dreamliner” təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır.

Xəbərdə deyilir ki, təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan Belfasta yeni təyyarə göndərilməsi də mümkündür. Hələlik Futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər hava limanı yaxınlığındakı otelə yerləşdiriliblər.

2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə qrup (C qrupu) mərhələsi üzrə yarışda Azərbayan Şimali İrlandiya yığmasına və 0:4 hesabı ilə məğlub olub.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın