Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan erməni təxribatına cavab verdi – VİDEO

Azərbaycan erməni təxribatına cavab verdi – VİDEO

Moskvada Fight Nights Global 53 döyüşləri keçirilib. 57,2 kq-a qədər çəki kateqoriyasında azərbaycanlı Elnar İbrahimov litvalı Oleq Liçkovaxuya qalib gəlib. Amma Moskvadakı döyüş gecəsi bizim üçün yalnız bununla yadda qalmayıb. Ermənilər burada da növbəti təxribat təşkil etməyə cəhd göstəriblər.

Belə ki, Elnara qədər Vartan Asatryan rinqə çıxıb və döyüşünü udub. Sonra öz qələbəsini Dağlıq Qarabağa həsr etdiyini bildirib və tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb. Bundan başqa, separatçı qurumun bayrağının təsviri onun tumanında da əks olunub.

Bu Azerbaijan Fight Club-un prezidenti Şəhriyar Abbasovun başçılığı ilə Azərbaycan nümayəndə heyətini hiddətləndirib. O, Rusiya televiziyasının birbaşa yayımında rinqə çıxıb və deyib: “Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisdir, bura idman meydanıdır, siyasət meydanı deyil. Hər kəsdən xahiş edirəm ki, idmanla maraqlansın”.

O, təşkilatçılara da müraciət edib və bu məqamların yolverilməz olduğunu bildirib.

Şəhriyar Abbasov virtualaz.org-a bildirib ki, Asatryanaya qarşı mütləq sanksiyalar qəbul ediləcək. “Ona “NKR” bayrağı ilə rinqə çıxmağı və bayraq təsviri olan tuman geyməyi qadağan edəcəklər. Düzdür, o orada Qarabağdan olduğunu əsas gətirərək öz hüquqlarını müdafiə etməyə cəhd göstərdi. Amma məlumdur ki, yarışlarda separatizm rejiminin əlamətlərindən istifadə etmək qadağandır. Bizə tədbir görəcəklərinə söz verdilər, çünki bu peşəkar idmandır, siyasət deyil”.

Qeyd edək ki, döyüş Rusiyanın məşhur “Боец” televiziyası ilə canlı yayımlanıb.

Həmin anları təqdim edirik:

Virtualaz.org

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın