Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / AZƏR KƏRİMLİ KƏNDDƏN QOVULMAĞINI TƏKZİB EDİR – MÜNASİBƏT

AZƏR KƏRİMLİ KƏNDDƏN QOVULMAĞINI TƏKZİB EDİR – MÜNASİBƏT

Millət vəkili Azər Kərimli bu xəbəri yayan Azxeber.com-a açıqlama verib və yazılanlarla razılaşmadığını bildirib. Onun sözlərinə görə, Əlibəyli kəndində görüş ayın 20-dən sonra üçün nəzərdə tutulub: “Əlibəyli kəndinin sakinləri bu xəbərdən çox narahat olublar. Bu xəbəri yazarkən məndən və ya kəndin sakinlərindən məlumat almaq olardı. Amma çox təəsüf ki, buna lüzum görülməyib. Mən son dəfə Əlibəyli kəndində 2-3 ay əvvəl olmuşam. Onu da vurğulayım ki, mənim Əlibəyli kənd sakinləri ilə görüşüm, ayın 20-dən sonra nəzərdə tutulub və əminəm ki, ən izdihamlı görüşlərimdən biri məhz bu kənddə baş tutacaq”.
Deputatın dediyinə görə, o Qax rayonunda Mədəniyyət evində olub və ziyalılar, ağsaqqallar, gənclər, Qarabağ əlilləri ilə görüşüb.
Azər Kərimli həmçinin onu da qeyd etdi ki, onun əleyhinə qara PR kampaniyası aparılır: “Sakinlər bu xəbərdən sonra redaksiyaya da zənglər ediblər, onlar çox narahatdırlar. Mən bilirəm ki, mənə qarşı bu qara PR kampaniyasını kim aparır, onun adını çəkmək fikrim yoxdur. Ancaq onu deyə bilərəm ki, hər şeyin bir həddi var”.
Azinforum.az xəbər verir ki, həmin kəndin sakinləri kimi özlərini təqdim edən bir neçə şəxs və o cümlədən harda işlədiyi bəlli olmayan, lakin Azər Kərimliyə görə özünü virtual aləmdə “şəhid” edən, insanları ən pis formada təhqir edən Şahlar İsmayıl adlı vətəndaş da saytımızla əlaqə saxlayaraq məlumatın səhv olduğunu bildiriblər. Biz gələn zənglərlə bağlı araşdırma aparmaq fikrindəyik. Bilmək istəyirik ki, həmin zəngləri edənlər doğrudanmı Əlibəyli sakinləridir, yoxsa, xüsusi öyrədilmiş adamlardı?
Azinforum.az

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın