Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Şou Biznes / Aysel “Space”dən getdi

Aysel “Space”dən getdi

Aparıcı Aysel Nazim “Space” telekanalından ayrılıb.

Musavat.com-a açıqlama verən aparıcı getmə səbəbini belə açıqlayıb: “Space”də mənə olan münasibət çox yaxşı idi. 3 veriliş aparırdım. Istədiyim şərait də mənə yaradılırdı. Dostcasına ayrılmışam. Yeni işlərim var. Həm prodüser kimi, həm aparıcı kimi fəaliyyətimi davam etdirirəm. Məşhur bir türkiyəli  müğənninin konsertinin təşkilatçılığı ilə məşğul olacağam. Açıqlamayacağam, sürpriz olsun. Yeni mövsümdə isə yeni telekanalda, maraqlı layihə ilə tamaşaçıların görüşünə gələcəyəm. Hazırda isə istirahət haqqında düşünürəm”.

Qeyd edək ki, Aysel Nazim “Space”də “Aysellə kokteyl”, “İdman hamı üçün“ və hava proqnozunu təqdim edirdi.

VIPedu.BIZ

Həmçinin oxuyun

Kənan direktoru döyən aktyora haqq qazandırdı -“Rza kəsən başa sorğu-sual olmaz!”

Xəbər verdiyimiz kimi, 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb. Tural Mirzəliyevə …