Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Ayşad Məmmədov “Bəxt üzüyü-2”də niyə yoxdur? – Açıqlama

Ayşad Məmmədov “Bəxt üzüyü-2”də niyə yoxdur? – Açıqlama

Azərbaycanın sevilən və məşhur filmi “Bəxt üzüyü”nün davamı çəkilib.
Ekran işi “Planet Parni iz Baku” komandası tərəfindən ərsəyə gətirilib. “Bəxt üzüyü -2” adlanan filmdə xalq artistləri Rəfael Dadaşov Afaq Bəşirqızı, Valeh Kərimov, aktyorlar Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Azər Məmmədzadə və başqaları rol alıb. Seda obrazının ifaçısı, uzun illərdir Amerikada yaşayan Firəngiz Rəhimbəyova Bakıya gəlib. Tahir və Cabir İmanovların ssenarisi əsasında, çəkilən filmə Ənvər Mansurov quruluş verib.
Artıq filmin posteri də yayımlanıb, ekran işi fevralın 1-dən kinoteatrlarda nümayiş ediləcək. Lakin diqqəti çəkən bir məqam var. “Bəxt üzüyü”nün “alkaş” Hüseyni Ayşad Məmmədov filmdə niyə yoxdur?
Musavat.com məsələ ilə bağlı aktyorla əlaqə saxlayıb. O, bildirib ki, filmdə özü rol almaq istəməyib:
“Filmin çəkilməyindən xəbərim var. Mənə də təklif etdilər, amma istəmədim. Ekran işində çəkilməmə səbəbimi açıqlamaq istəmirəm. Elə bilməyin ki, filmdən, aktyorluqdan, mənə olan münasibətdən incimişəm. Elə deyil. Sadəcə olaraq, çəkilmək istəmədim”.
Qeyd edək ki, “Bəxt üzüyü – 2” ilə bağlı fevralın 24-də mətbuat konfransı keçiriləcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …