Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Aynişanın boşanmasını reklam adlandırdı, sonra isə…

Aynişanın boşanmasını reklam adlandırdı, sonra isə…

Xalq artisti Naibə Allahverdiyeva Aynişan Quliyevanın həyat yoldaşından ayrılmasını reklam adlandırmasına münasibət bildirib.

Sənətçi ”ölkə.az”-a açıqlamasında yayılan xəbərlərin saytların reklamı olduğunu düşündüyünü deyib.

”Jurnalistlərdən biri sosial şəbəkədə Aynişanın ayrılması barədə məlumat yazmışdı. Eşidəndə çox məyus oldum. Çünki Aybəniz Haşımova ilə biz sənət yoldaşıyıq. Onun da, gözünün ağı qarası bircə qızı var. Mən videolardan görürdüm ki, Aybəniz xanım toyda necə xoşbəxt idi. Ötən gün bir çox saytlarda Aynişanın ayrılması ilə bağlı xəbər görəndə, ayrılmalarına inanmadım. Elə düşündüm ki, bu saytların reklamıdır. Çünki, nə Aynişan, nə də Aybəniz xanım ayrılıq xəbərlərini təsdiqləməyiblər”.

Qeyd edək ki, ötən gün Aynişan Quliyeva ilə həyat yoldaşı Kənanın ayrılıq xəbəri yayılıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …