Cümə , Sentyabr 25 2020
Ana səhifə / Şou Biznes / Aynişanın boşanmasını reklam adlandırdı, sonra isə…

Aynişanın boşanmasını reklam adlandırdı, sonra isə…

Xalq artisti Naibə Allahverdiyeva Aynişan Quliyevanın həyat yoldaşından ayrılmasını reklam adlandırmasına münasibət bildirib.

Sənətçi ”ölkə.az”-a açıqlamasında yayılan xəbərlərin saytların reklamı olduğunu düşündüyünü deyib.

”Jurnalistlərdən biri sosial şəbəkədə Aynişanın ayrılması barədə məlumat yazmışdı. Eşidəndə çox məyus oldum. Çünki Aybəniz Haşımova ilə biz sənət yoldaşıyıq. Onun da, gözünün ağı qarası bircə qızı var. Mən videolardan görürdüm ki, Aybəniz xanım toyda necə xoşbəxt idi. Ötən gün bir çox saytlarda Aynişanın ayrılması ilə bağlı xəbər görəndə, ayrılmalarına inanmadım. Elə düşündüm ki, bu saytların reklamıdır. Çünki, nə Aynişan, nə də Aybəniz xanım ayrılıq xəbərlərini təsdiqləməyiblər”.

Qeyd edək ki, ötən gün Aynişan Quliyeva ilə həyat yoldaşı Kənanın ayrılıq xəbəri yayılıb.

Həmçinin oxuyun

“İcra başçıları müğənnilərin pulunu vermir” – Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova maraqlı açıqlamaları ilə gündəmə gəlib.  Axsam.az-a müsahibə verən müğənni rayonlarda verdikləri …