Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Aygünün toy tarixi açıqlandı: 150 minlik orkestr Bakıya gəlir – VİDEO

Aygünün toy tarixi açıqlandı: 150 minlik orkestr Bakıya gəlir – VİDEO

Aygün Bəylərin ailə quracağı şəxs 48 yaşındadır. Avqustun əvvəlində Bakıda Buzovna kəndində olan el şənliyində tanış olublar. Neçə illərdi Moskvada yaşayır. İş adamıdır. Bir dəfə ailə qurub və boşanıb.

Bu sözləri xanəndənin keçmiş prodüseri Sultan ARB TV-nin “Günə son” proqramına açıqlaması zamanı deyib.

Prodüser həmçinin Aygün Bəylərin gəlinliyinin qiymətinin 30 min dollar olduğunu da təsdiqləyib:

“30 min dollarlıq gəlinlik də yalan deyil. Pulu mən Türkiyədə modelyerə vermişəm. Toy dekabrın 27-də olacaq. Bakıda möhtəşəm bir toy keçiriləcək. 150 minlik ansambl Türkiyədən Bakıya gələcək. Məşhur türkiyəli müğənni toya gətiriləcək”.

Sultan, toydan sonra sənətçini bir daha görməyəcəklərini də bildirib:

“Toydan sonra Aygün Bəylər adlı xanəndə artıq olmayacq. O, özü ərə getdikdən sonra müğənnilik etmək istəmədiyini deyib. Yoldaşı qısqanc biridir. İstəmirdim sənəti atsın, amma razılaşmadılar. Toyun təşkilatçısı mən idim, amma imtina etdim. Mətbuat da buraxılmayacaq. Çünki hər tərəfə cangüdənlər düzüləcək”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …