Rejissor Kənan Mahmudovun müğənni həyat yoldaşı Aygün Mahmudovanın başına iş gəlib.
Open.az xəbər verir ki, ifaçının avtomobilini oğrular soyaraq, onun pulqabısını götürüblər.
İfaçı
bu barədə “Söhbət var” verilişində məlumat verib: “Alanyaya getmişdik.
Axşam saçımı düzəltdirmək üçün salona getdim. Təsadüfən də, pulqabımı
avtomobildə qoydum. Heç vaxt qoymazdım, bu dəfə yadımdan çıxdı. Maşında
bahalı geyimlər, ətirlər var idi. Zülm çəkib şüşəni qırıb. Gəlib
desəydi, pul ver, verərdim”.
