Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Aygünü qadın görkəminə salan stilist – “Ağlayırdı…”

Aygünü qadın görkəminə salan stilist – “Ağlayırdı…”

Əməkdar artist Aygün Bəylərin yeni imici internet səhifələrində rekord qırıb.

Stilist Anar Ağakişiyev AzNews.az-a bildirib ki, sənətçinin imicinin dəyişməsi ilə bağlı paylaşdığı video qısa vaxt ərzində İnstaqram hesabında 100 mindən çox baxış toplayıb:

“Aygün günün qəhrəmanı oldu. Bu ideya məndə qəfildən yarandı. Nanə Ağamalıyevanın verilişinin anonsu çəkilirdi. Nanə mənə zəng elədi ki, ona makiyaj edərsən. Aygün də orada iştirak etməli idi. Açığı Aygünlə yaxından dostam, amma onu dəyişmək çətin oldu. Yəni düşündüm ki, onu necə bəzəyəcəm? Nanə otaqdan çıxan kimi “saqqızı”nı oğurladım”.

Anar Ağakişiyev qeyd edib ki, Aygün Bəylərə makiyaj etmək ona çox çətin başa gəlib:

“Aygün xanım belə imicə, kosmetikaya alışmayıb. Gözündən yaş axırdı, ağlayırdı. Kosmetikaya alışmayan dəriyə makiyaj etmək də çətindir. Özünün çox xoşuna gəldi. Geyimini də mən təklif etdim. Doğrusu geyimin özündə də çətinlik çəkdik. O, bu geyimi geyməyə razılaşırdı, amma “cəmiyyətdən necə təpki alaram?” deyə ehtiyat edirdi. 17 saat ərzində 100 min baxış sayı və 1000-dən yuxarı şərh gəldi”.
Anar Ağakişiyevanın sözlərinə görə, Aygün Bəylər bundan sonra gündəlik idman üslubunda olsa da, ziyafət geyimlərini də əldən verməyəcək.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …