Ana səhifə / Şou Biznes / Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu

Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu

Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub.

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov xəbər verib.

Vəkil bildirib ki, oktyabrın 1-də Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi A.Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb.

Səbəb isə xalq artisti tərəfindən məhkəmə qətnaməsinə qərəzli icra olunmamasıdır.

Həmin qətnaməyə əsasən A.Kazımova N.Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırır.

Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir:

“Buna görə də Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə ölkədən kənara çıxması mümkün olmayacaq”.

Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı:

“Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın