Bazar , Yanvar 17 2021
Ana səhifə / Şou Biznes / Aygünə mükafatı təqdim olundu – Fotolar + Video

Aygünə mükafatı təqdim olundu – Fotolar + Video

Hazırda Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat mərasimi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, gecədə xalq artisti Aygün Kazımova da iştirak edir.

Pop ulduza “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim ediləcək.

Xalq artistinin tədbirdən fotosu sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib.

***

Aygün Kazımovaya mükafatı makiyaj ustası Önder Tiryaki təqdim edib. O, mərasimdə “S.U.S” adlı mahnısını səsləndirib.






Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …