Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Aydın Hüseynov: “Həmin cinayətkar dəstə Keşlədə də fəaliyyət göstərsəydi…”

Aydın Hüseynov: “Həmin cinayətkar dəstə Keşlədə də fəaliyyət göstərsəydi…”

“Nardaranda baş verən hadisələr bir çox insanlar tərəfindən yanlış anlaşılır”. 
Bunu Moderator.az – a açıqlamasında millət vəkili Aydın Hüseynov Nardaranda baş verənlərlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, söhbət Nardaranda din pərdəsi və ya dini təriqət adı altında cinayətkar dəstənin güc strukturları tərəfindən aşkar edilməsi və zərərsizləşdirilməsindən gedir:
“DİN-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan qanunvericiliyinə zidd olan, dövlətçiliyə qarşı olan cinayətkar dəstələr ifşa edilərək zərərsizləşdirilib. Ona görə də hesab edirəm ki, bu hadisədə Nardaranın və nardaranlıların adının hallandırılması düzgün deyil. Həmin cinayətkar dəstə misal üçün Keşlədə də fəaliyyət göstərsəydi, DİN həmin əməliyyatı Keşlədə həyata keçirəcəkdi”.
Millət vəkili bu arada Nardaranda su, işıq və təbii qazın da kəsilməsinin nardaranlılara basqı kimi anlaşılmasına da münasibət bildirib:  “Məsələnin bu cür  yansıması düzgün deyil. Hər kəs bilir ki, bu gün kommunal xidmətlərə görə ödəməni vaxtında etmədiyimiz halda hər birimizin evimizə gələn təbii qaz, işıq və su kəsilir. Daha bunu nardaranlılara bir basqı kimi qələmə vermək və  Nardaran camaatının kommunal xidmətlərlə mövcud problemini DİN-in orada apardığı əməliyyatla əlaqələndirmək düzgün deyil. Nardaranlılar kommunal borclarını ödədikləri təqdirdə onların problemləri də öz həllini tapacaq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın