Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Axtarışda olan və itkin düşənlərin sayı açıqlandı

Axtarışda olan və itkin düşənlərin sayı açıqlandı

Azərbaycanda 2014-cü ildə 926 nəfər itkin düşmüş şəxs qeydə alınıb ki, onlardan 142 nəfəri 14-18 yaş arası yeniyetmə və gənclər olub.

Azinforum.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə axtarışda olan cinayətkarların sayı 3451 nəfər olub. Onlardan 18-i cəzaçəkmə müəssisələrindən qaçıb. İstintaq, təhqiqat və məhkəmələrdən yayınaların sayı 3415 nəfər olub. Axtarışda olan cinəyatkarların 38-i 14-18 yaşadək uşaqlardır.

Dövlətin təhlükəsizliyi əleyhinə olan cinayətlərə yol verənlərdən 23 nəfəri də axtarışda olanlar arasındadır. Hərbi xidmətdən boyun qaçıranların 36-sı, hərbi xidmət əlehinə cinayət törədənlərin isə, 190 nəfəri axtarışdadır. Axtarışda olan şəxslər arasında isə ən çox dələduzlar (775 nəfər) və oğrulardır

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın