Cümə axşamı , May 26 2022
Ana səhifə / Şou Biznes / Axtarışa verilən saxta polkovnikin Roza Zərgərli ilə görüntüsü yayıldı – FOTOLAR

Axtarışa verilən saxta polkovnikin Roza Zərgərli ilə görüntüsü yayıldı – FOTOLAR

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin Bakıda görüntüləri yayılıb.

Milli.az xəbər verir ki, saxta polkovnik ötən gün Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edənlər arasında olub. Onun xiyabanda müğənni Roza Zərgərli ilə görüntüsü diqqətdən qaçmayıb.

Milli.Az məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlamağa çalışıb. Zəngə Rozanın köməkçisi cavab verib:

“Dəqiq kimliyini bilmirəm, amma deyəsən bəli, o şəxs Rasim Əhmədlidir. O, bizim qazilərimizdəndir. Səhv etmirəmsə, İkinci Qarabağ müharibəsinin qazilərindəndir. Adı da səhv etmirəmsə, Rasimdir, dəqiq yadımda deyil”.

Sonra həmin görüntü ilə bağlı məsələni dəqiqləşdirmək üçün müğənni Roza Zərgərlinin də fikirlərini öyrənə bildik:

“Şəhidlər Xiyabanında nə qədər adam mənlə şəkil çəkdirdi. Onlar deyəsən qazidirlər. Gəldilər yanımızda durdular, şəkil çəkdirdilər. Mən tanımıram o insanı. Dedilər Qarabağ müharibəsi veteranıyam, məncə hamısı veteranlardır”.

Qeyd edək ki, özünü FHN polkovniki kimi və II Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edərək Türkiyədə bir neçə məmuru aldatdığı deyilən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.

Özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş şəxs kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı da üzə çıxıb. Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.

Xatırladaq ki, təxminən iki həfrə əvvəl saxta polkovnikin Türkiyə mediasında yayılan sözügedən kadrlarla bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev maraqlı şərhi ilə diqqət çəkib: “Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib” – deyə qurum rəsmisi bildirmişdi.

Əlavə edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlamışdı.

Həmçinin oxuyun

Dünənə kimi bir-birinə “itin sözü”nü deyirdilər…

Əməkdar artist Mətanət İsgəndərli çoxdan küsülü olduğu gəlini Canana ilə barışıb. Deyilənə görə, Mətanət xanım …