Ana səhifə / Şou Biznes / “Axşam Zaur çıxıb efirdə deyəcək ki, bu zarafat idi”

“Axşam Zaur çıxıb efirdə deyəcək ki, bu zarafat idi”

“Həmin Zaur” proqramının ötəngünkü buraxılışında aparıcı Zaur Kamalın iranlı müğənni Afşin Azərini canlı efirdən qovması cəmiyyətə böyük ajiotaj doğurub.

Həmin görüntüləri izləyən tanınmış ziyalılar sosial şəbəkələrdə Zaur Kamalın cəzalandırılmasını tələb edirlər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Soy” prodakşnın rəhbəri, tanınmış rejissor Oqtay Əliyev bu qalmaqalın reytinq xətrinə edilmə ehtimalı olduğunu deyib:

“Mən Zaurla Afşin məsələsini tam çözmədiyim üçün bu qalmaqalın və efirdən qovmanın həqiqətən olduğunu, yoxsa qurama bir şey olduğunu bilmirəm. Ola bilər ki, bu gün axşam verilişdə Afşinlə Zaur çıxıb desin ki, bu bir zarafat idi, biz etdik tamaşaçı da inandı. Bu cür praktika televiziyanın yazılmamış qanunlarında var. Onlar tamaşaçını cəlb etmək üçün bəzən bu cür “qalmaqallara” əl atırlar. Bu tək bizdə deyil, Rusiyada da, Türkiyədə də belə “qalmaqal” yaradanlar var. Hələ bizimkilər gecikiblər, heç yaxşı edə də bilmirlər”.

Rejissor qeyd edib ki, hazırda Audiovizul Şura özəl telekanallara ciddi nəzarət edir, efirdə baş verən mənfi halların qarşısının alınması üçün çalışır:

“Hazırda dövlət tərəfindən yaradılmış Audiovizual Şura özəl telekanallara nəzarət edir. Son 2-3 ay müddətində hər hansı fikir səhvliyi, reklam pozuntusuna görə ARB, Xəzər, Space, ATV telekanallarında bir neçə saatlıq yayım dayandırıldı. Əvvəllər vəziyyət tamam fərqli idi, indi Audiovizual Şura bu məsələlərə çox ciddi yanaşır. Onlar artıq özəl kanallara tükü-tükdən seçəcək qədər nəzarət edirlər. Mən düşünmürəm ki, onların gözündən hər hansı mənfi hal qaça və heç bir irad bildirməyələr. Onların yayımı dayandırmaq üçün əllərində vasitə də var, efirləri saxlayırlar. Lazım gəldikdə 4-5-6 saat yayımı dayandırırlar. Bu elə belə bir şey deyil. Televiziyalar yayımın bir neçə saatlıq dayanmasına görə yetərincə pul itirirlər.

Bəzən sosial verilişlərdə dəvət olunan insanlar arasında qalmaqal yaranır, mübahisə baş verir. Hər halda televiziyanı idarə edənlər özləri də bir evin yiyəsi, ailə başçısı, ağsaqqaldırlar, onlar efirdə nalayiq nələrinsə getməsinə icazə verməzlər. Qanunlara görə nə varsa, efirdə də o gedir”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …