Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Şou Biznes / “Axşam orda söyüş söyür, səhər televiziyada məsləhət verirdim” – Tolik

“Axşam orda söyüş söyür, səhər televiziyada məsləhət verirdim” – Tolik

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) Xalq artisti Bilal Əliyevin “Tik Tok”da canlı yayım zamanı tez-tez izləyicilərini təhqir edib, söyüş söyməsinə etirazını bildirib.

Yenisabah.az-a danışan Tolik deyib ki, dünyanın hər yerində məşhurlar sosial şəbəkələrdə aktiv istifadəçi olsalar da, bizdə tərbiyəsizliyə meyillilik var:

“Dünyanın hər bir yerində məşhurlar sosial şəbəkələrdən istifadə edirlər. Məsələn, Türkiyənin ən qocaman şoumeni Mehmet Ali Erbil “TikTok”a girir və orada olan məşhurlarla canlı yayım açır, öz zarafatlarını orada da edir. Məsələn, bir neçə gün öncə onunla canlı yayıma çıxan sosial media fenomeni Onur deyirdi ki, “Mənim bir atım var, atımı sənə göstərim?” Mehmet Ali Erbil də onu pis mənada başa düşüb dedi ki, “İndi sənə atımı göstərəcəyəm” və at oyuncağı göstərdi. Türkiyə maqazinində bu geniş müzakirə olundu, gündəmdən düşmədi. Amma bizdə bir az tərbiyəsizliyə meyillilik var.

Mən özüm “TikTok”da canlı yayımlara çıxırdım, yaxşı da pul qazanırdım. Amma sonra gördüm ki, bu mənim iş həyatıma, cəmiyyətdə olan nüfuzuma, Tarix Əliyev adına xələl gətirir. Mən orada söyüş söyüb, sonra televiziyada çıxıb müğənnilərə məsləhət verirdim ki, qalmaqal etmək olmaz. Camaat da fikirləşirdi ki, ay balam, bu gecə canlı yayımda camaatın atasını-anasını söyürdü, indi çıxıb bizə dərs verir. Mənə televiziya rəhbərliyim dedi ki, ordan ayrıl. 8-9 aydır ki, “TikTok”da canlı yayım açmıram”.

O, Bilal  Əliyevin “TikTok”dan pul qazandığı üçün bu cür davrandığını qeyd edib:

“Bu gün Bilal Əliyevin “TikTok” anlayışı ora qədərdir, o başa düşmür ki, orada şərh yazanlar saxta profillərdir, qəsdən onu qıcıqlandırırlar ki, o söysün, sonra da bunu sosial şəbəkələrdə paylaşsınlar. “TikTok”da çox məşhurun qalmaqalı olub: Pərvin Abıyeva, Azər Zahid və başqaları, amma oradan getmək olmur, çünki orada pul var. Təsəvvür edin ki, az adam olsa belə pul qazana bilirsən. Bilal Əliyev statistikada neçənci yerdədir bilmirəm, amma o, 300 min jeton qazansa, bu ona tam bəsdir. 1 milyon jeton 5 min dollardır. Evdə otura-otura ayda 200-300 dollar qazanmaq sərf edir, ona görə orada oturub. Bu maraq da bəlli bir vaxta qədərdir, sabah başqa biri gələcək və insanların marağı ona olacaq”.

Onun sözlərinə görə, toylar başladıqdan sonra Xalq artisti sözügedən sosial şəbəkədən zamanla uzaqlaşacaq:

“Bilal Əliyev hörmətli bir insandır, Xalq artistimizdir, onu başa düşmək olar, amma mən istəməzdim ki, o bu cür olsun. Şəxsən mənim ona çox böyük hörmətim var, istəməzdim ki, sənətkarlarımız belə PR olsunlar. 62 yaşı var, dedi ki, mən “TikTok”a mədəniyyət gətirirəm, amma özü məndən beşbetər hamını söydü. Orada tək Bilal Əliyevi yox, hamımızı qıcıqlandırırlar. Bir də görürsən canlı yayım açanda biri gəlib yazır ki, “Kim olmusan?” Ay balam, kim olmuşam yox, kiməm. Əsas odur narkoman olmamışam, cinayət törətməmişəm. Hər birimizin səhvi var, səhvsiz insan yoxdur. Bilal müəllim də toylar başlamayıb bütün günü evdədir deyə “TikTok”da olur, məncə, bir azdan heç ora girməyəcək”.

Həmçinin oxuyun

Nadir Qafarzadəyə ağır itki üz verib

Müğənni Nadir Qafarzadəyə ağır itki üz verib. İfaçı bildirib ki, bacısı Müqbilova Sərfinaz Əziz qızı …