Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Şou Biznes / “Axı bu Ebru Gündeş kimdir ki…” – İranlı siyasətçi

“Axı bu Ebru Gündeş kimdir ki…” – İranlı siyasətçi

İran siyasətçisi və prezidentliyə mümkün namizədlərdən biri olan Sadiq Xərrazi türk müğənnisi Ebru Gündeş və ərinin bostanına daş atıb.

Yenisabah.az “Daneşcu”ya istinadla xəbər verir ki, keçmiş diplomat son 16 ildə İranın idarəçiliyində mənfi hallara işarə edib. “Ölkə 16 ildir avtoritar idarəetmənin qurbanıdır. 2005-ci ildən bu günə qədər dövlətin ən yüksək mənsəbli məmurları xalq üzərində hakimiyyətə sahib olduqlarını düşünürlər. Bu şəkildə düşündükləri üçün də nəticə bədbindir”.

Sadiq Xərrazi xüsusən, Mahmud Əhmədinejad dövründə ölkənin pis idarəçiliyindən söz açaraq Babək Zəcani və Rza Zərrab kimi şəxslərə verilmiş imtiyazları yada salıb. “Əhmədinejad dövründə xəzinəni ələ keçiriblər və heç kim məsuliyyət daşımayıb. Milyardlarla dollar vəsait kənara axıb. Məmurlar astronomik əməkhaqqı hekayətləri ilə gündəmə gəlib, “Zəncani Bank”, Rza Zərrab və digər şəxslərin fırıldaqlarına dair cinayət işləri ört-basdır edilib.

Bu yaxınlarda Türkiyəyə səyahət etmişdim, hava limanında bir təyyarəni göstərib dedilər ki, bu, məşhur türk müğənnisi Ebru Gündeşin və əri Rza Zərraba məxsusdur, bu səhər ABŞ-dan qayıdıblar. İran xalqı hansı günahın sahibidir ki, onun pulu bir türk müğənnisi və qızıl örtüklü maşın istəyində olan adama nəsib olub?!”

Həmçinin oxuyun

“Görüşümüz olacaqdı, metrodakı teraktda öldüyünü dedilər” – VİDEO

Xalq artisti Brilliant Dadaşova və müğənni Akif İslamzadə Xalq artisti, bəstəkar Rafiq Babayev barədə maraqlı …