Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Şou Biznes / “Avtoş” məmur oğlundan daha bir ağılasığmaz əməl – FOTOLAR

“Avtoş” məmur oğlundan daha bir ağılasığmaz əməl – FOTOLAR

Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayev bir müddət əvvəl avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi. O, “Kia” markalı avtomobillə avtoxuliqanlıq etmiş və yalnız yol polisi əməkdaşlarının yaratdığı süni tıxac sayəsində zərərsizləşdirilmişdi. 2016-cı ilin mayında Nərimanov rayon məhkəməsinin qərarı ilə Nicat Abdullayev barəsində 20 gün müddətinə inzibati həbs cəzası təyin edilmişdi.

Nicat Abdullayev yenə diqqət mərkəzindədir.

Musavat.com xəbər veri ki, O bu dəfə də o ətrafdakılar üçün təhlükə yaratmağa başlayıb. Amma avtomobillə yox, içdiyi içkilərin şüşələri ilə. Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinləri məmur oğlundan şikayətçidirlər. Belə ki, binanın 6-cı mərtəbəsindəki 52 saylı mənzildə yaşayan Nicat Abdullayev eyvandan həyətə şüşə butulkalar, qablar atır. Nəticədə həm bina sakinləri, həm də onların avtomobilləri üçün ciddi təhlükə yaranır. Onun atdığı butulka və qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb.

Qonşular bu barədə dəfələrlə Nicatın atası, XİN-in şöbə müdiri Nurpaşa Abdullayevə müraciət etsələr, o, oğlunun qanunsuz əməllərinin qarşısını ala bilmir. Nurpaşa Abdullayevin özü başqa yerdə yaşayır, İzzət Həmidov küçəsindəki mənzili isə oğluna verib və Nicat orada tək qalır.

Sonuncu dəfə iki gün əvvəl Nicat Abdullayevin atdığı butulkalar maşınların üstünə düşüb, əraziyə polis çağırılıb. Nicat Abdullayevə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşlarının gedişindən cəmi bir neçə saat sonra yenə butulkalar atmağa başlayıb. Bina sakinləri çıxış yolunu avtomobillərini Nicatın yaşadığı mənzilin pəncərə və eyvanının altında saxlamamaqda, özləri isə oradan keçməməkdə görürlər.

Qeyd edək ki, N.Abdullayev eyni əmələ görə bir dəfə cəza alıb. Məmur-biznesmenin oğlu qonşularla davaya görə bir ay əvvəl də həbsdə olub. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Harın gənc evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dibçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş. Nəsimi məhkəməsi onunla bağlı qərarı ötən il aprelin 8-də qəbul edib.

 

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın