Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Avtomobilini məscidə çevirdi – FOTO

Avtomobilini məscidə çevirdi – FOTO

Indoneziyanın Cakarta şəhərinin sakini öz mikroavtobusunu məscidə çevirməyi qərara alıb. Müsəlmanın bunda məqsədi  şəhərlilərin avtomobillərin hərəkət sıxlığı ucbatından namazlarını vaxtında qılmasına şərait yaratmaq olub.
Sutikno  adlı  müsəlman  belə deyir:”Bir dəfə həyat yoldaşımı gətirməyə gedirdim. Qayıtdıqdan sonra  konkret vaxtlarda qılınan vacib namazlardan birini qılmaq üçün məscidə dönməli idim. Ancaq elə oldu ki,  maşınım tıxaca düşdü. Vaxt keçirdi. O halda qərara gəldim ki, avtomobili saxlayıb, namazımı elə onun içində qılım…”
Elə bu olaydan sonra  Sutiknonun öz mikroavtobusunu  məscidə çevirmək ideyası meydana gəlir. O, maşınını yaşıl  rəngə boyayıb və içərisinə namaz qılmaq üçün canəmaz xalçaları düzüb.
İndi bu özünəməxsus “məscid-avtomobil” məscidlərdən uzaq, ən çox adam olan, tıxac yaranan yerlərdə  dayanır. Möminlər  ya avtobusun içərisində, ya da yanında namaz qıla bilərlər.  Xeyirxah müsəlman sürücü onları dəstəmaz  üçün su və xüsusi ibadət paltarı ilə də təmin edir.
Qeyd edək ki, İndoneziya- əhalisi ən sıx olan müsəlman ölkəsidir. Burada 202 mln. müsəlman yaşayır. Ölkədə 800 min məscid var.  Moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın