Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Şou Biznes / “Avroviziya 2023”də təmsilçilərimiz 12-ci nömrə ilə çıxış edəcəklər – Foto

“Avroviziya 2023”də təmsilçilərimiz 12-ci nömrə ilə çıxış edəcəklər – Foto

“Avroviziya 2023”də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcəklər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, İctimai Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan təmsilçiləri ikinci hissədə 12 nömrə altında səhnəyə çıxacaqlar.

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti “Tell me more” mahnısı ilə təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Həmçinin oxuyun

Sonaxanım Əliyeva: “Tanımadığım adamlar məni şam yeməyinə dəvət edir” – FOTO

“”Nə gözəldir bu dünya” filmində nəhəng aktyorlarla tərəf müqabili olmuşam. Həsən Turabov, Rasim Balayev, Yaşar …