Ana səhifə / Şou Biznes / Avropa Oyunlarının açılışına 20 dövlət başçısının gələcəyini gözlənilir

Avropa Oyunlarının açılışına 20 dövlət başçısının gələcəyini gözlənilir

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Turan-a müsahibəsində bildirib ki, iyunda keçiriləcək Birinci Avropa Oyunlarında 50 ölkədən 6200 idmançı iştirak edəcək.Onlar 20 idman növü üzrə yarışacaq, bunların 4-ü olimpiya idman növü deyil.

Oyunların açılış mərasiminə fəal hazırlıq gedir, açılışda 6 minə yaxın könüllü iştirak edəcək.

Yarışlar 7 əsaslı təmir edilmiş və 6 xüsusi olaraq tikilmiş stadionda və obyektdə keçiriləcək.

Nəqliyyat problemlərinin həllinə xüsusi diqqət yetirilib, belə ki, obyektlər şəhərin ayrı-ayrı hissələrndə yerləşir və tamaşamılar və iştirakçılar müxtəlif istiqamətlərə getməli olacaq. Nəqliyyat sıxlığının yaşanmaması üçün əlimizdən gələni edəcəyik, deyə o qeyd edib.

Açılış mərasiminə 20 dövlət başçısının gələcəyi gözlənilir. Rəsmi və qeyri-rəsmi qonaqların sayı isə 10 min nəfər təşkil edəcək.

Bu günə qədər açılış mərasimi üçün biletlərin 25%-i, müxtəlif idman yarışı üzrə biletlərin 10%-i satılıb. Biletlər daha çox Avropa ölkələrində alınıb.

Oyunları işıqlandırmaq üçün 57 ölkədən 1500 jurnalist akkreditasiya keçib, deyə Səfərov bildirib.

* Xatırladaq ki, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları Avropa ölkələrinin liderlərinə Azərbaycanda 100-ə yaxın siyasi məhbus azad edilməsə, oyunların açılışına getməmək çağırışı ilə müraciət edib. -03D-

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın