Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Avropa Oyunlarına 1300-dən çox jurnalist gəlmək istəyir

Avropa Oyunlarına 1300-dən çox jurnalist gəlmək istəyir

“Bakı-2015” elan edib ki, iyunda keçiriləcək ilk Avropa Oyunlarını işıqlandırmaq üçün 1300-dən çox jurnalist ərizə verib. Bu barədə “İnside the Games” saytı məlumat yayıb.

Bu ərizə sayına yayımçılar daxil deyil. Sayt qeyd edir ki, belə bir müraciət sayı əvvəl qeydə alınmayıb və yaxın həftələrdə ərizələrə baxılacaq.

“Bu reaksiya heyrət doğurur və ilk Avropa Oyunlarının son 50 ildə qlobal idman təqvimində ən həyəcanlı və mühüm hadisələrdən olduğunu göstərir” – “Bakı-2015”-in icraçı direktoru Simon Kleq deyib.

Onun sözlərinə görə, akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin müəyyənləşdirdiyi, Avropa Olimpiya Komitələrinin qəbul etdiyi qaydalara uyğun həyata keçiriləcək.

S.Kleqqin sözlərinə görə, bütün akkreditələr Azərbaycana viza rolunu oynayacaq, açılış mərasimindən 30 gün əvvəl və bağlanış mərasimindən 60 gün sonra ölkədə qalmağa icazə verəcək.

Ötən ay “Bakı-2015” yüksək marağı nəzərə alaraq akkreditə müraciətləri üçün son tarixi aprelin 3-dək uzadıb.

Mətbuat təmsilçilərinə məsləhət görülür ki, yeni tikilmiş Media Kəndində yer götürsünlər, çünki yerlərin sayı məhduddur.

Səhər yeməyi daxil olmaqla birnəfərlik otaqların bir gecəlik qiyməti 50 avro (£36/$54), iki nəfərlik otaqlar isə  65 avrodur (£47/$71).

Media Kəndi Atletlər Kəndi ilə yanaşıdır. Binalar “Koroğlu” metrostansiyası yaxınlığında, nəqliyyatın sıx olduğu yerdədir.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın