Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Avropa Məhkəməsinə Azərbaycandan hakim seçildi

Avropa Məhkəməsinə Azərbaycandan hakim seçildi

Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub.

“Report” xəbər verir ki, bu posta Azərbaycandan Lətif Hüseynov seçilib. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Xatırladaq ki, AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Hakim Seçkisi Komitəsinin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin – Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. Komitə daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.

Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın