Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / ATV-nin cazibədar aparıcısının atası görün kim imiş – FOTOLAR

ATV-nin cazibədar aparıcısının atası görün kim imiş – FOTOLAR

Azad Azərbaycan (ATV) telekanalının aparıcısı Sevinc Gülməmmədova əməkdar jurnalist Tofiq Gülməmmədovun qızıdır.

Aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, vəfat edən atasını bu sözlərlə anıb:

“Atam, sağ olsaydın 60 yaşını qeyd edəcəkdik…Vaxtsız gedişinlə səni tanıyan hər kəsi sarsıtdın… Nə deyim, nə yazım bilmirəm… 60 yaşına məzar daşını hədiyyə edəcəyim ağlıma gəlməzdi… Ruhun şad olsun ATA… İnşallah ki, yerin cənnətdir… Bir bilsən mənə yenidən sarılman üçün nələri verməzdim… Hələ də son geyindiyin köynəyini qoxlayıb təsəlli tapıram. Cismən yanımda olmasan da ruhun mənimlədi, hiss edirəm…Yerində rahat yat, ata, bizdə hər şey qaydasındadır. Bir gün mütləq qovuşacağıq, Ata… Allah sənə və bütün dünyasını dəyişənlərə rəhmət eləsin”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …