Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / ATV-də xanım iştirakçı huşunu itirdi – Video

ATV-də xanım iştirakçı huşunu itirdi – Video

ATV kanalında yayımlanan “Dəb mənəm” proqramında  müzakirələrə səbəb olan hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, moda müsabiqəsinin son buraxılışında iştirakçı Könül Ələkbərova huşunu itirib. 

O, digər iştirakçı Fatma Yusubova ilə sona qalıb. Səsvermə nəticələrinə görə, Fatma yarışmadan getsə də, özündən gedən Könül olub. Ona “Dəb mənəm”in komanda heyəti köməklik göstərərək kulisə aparıb.

Sosial şəbəkələrdə də həmin görüntülər paylaşılıb. İnstaqram istifadəçiləri hər şeyin şoudan ibarət olduğunu, iştirakçının ssenariyə uyğun olaraq belə addım atdığını bildiriblər.

 

 

 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …