Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr təyinatı olub.
Universitetdən Azinforum.az-a verilən məlumata görə, Rauf Ağayev klinikaya yeni baş həkim təyin edilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev bu gün yeni baş həkimi kollektivə təqdim edib.
Qeyd edək ki, yeni baş həkim R.Ağayev Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının professorudur.
