Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / ATU-da rektorla baş həkim niyə yola getmirlər?

ATU-da rektorla baş həkim niyə yola getmirlər?

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası vətəndaşları soğan qabığı kimi soyur. Prezidentin açılışını etdiyi dövlət tibb müəssisəsi səhiyyə nazirinin fərmanını qulaqardı edib. Hazırda sözügedən tibb ocağında bazar tarifləri ilə xidmət göstərilir. Nazirin dövlət tibb müəssisələrində ödənişsiz xidmət barədə fərmanına əməl olunmur.

Bu barədə TİA.AZ-a verilən məlumatda qeyd olunur ki, klinikanın baş həkimi Surxay Musayev ATU-nun keçmiş rektoru Əhliman Əmiraslanova arxayınlaşıb qanunsuzluğa yol verir. S.Musayev Tədris Terapevtik Klinikasını şəxsi mülkiyyətində olan obyekt kimi istifadə edir. İstənilən vətəndaş klinikaya müraciət etdikdə buradakı dəhşətli soyğunçuluğun, pasientə qarşı laqeydliyin, hətta mühafizəçilərin belə kobudluğunun şahidi ola bilər. Bu sistemi isə baş həkim S.Musayev tətbiq edib.

Klinikada imkansız xəstəyə güzəşt olunmur və qeydiyyat şöbəsinə yaxınlaşıb əməkdaşlardan müayinənin ödənişini etməmiş yuxarı mərtəbələrdə oturan həkimlərin yanına qalxmaq mümkünsüzdür. Baş həkim isə heç bir əsası olmadan dövlət tibb ocağında özəl klinika qaydalarını həyata keçirir.

TİA.AZ-a daxil olan xəbərdə bildirilir ki, bu real mənzərə ATU-nun yeni rektoru, professor Gəray Gəraybəylinin diqqətinə çatdırılıb. Rektora məruzə olunub ki, ali məktəbin tibb müəssisəsinə rəhbərlik edən S.Musayev klinikanı supermarketə çevirib.

Həmçinin, çoxsaylı şikayət məktubları səhiyyə nazirinə və rektora ünvanlanıb. Bildirilib ki, olduqca bahalı klinika olan bu yerdə S.Musayevin yazılmamış qanunları keçərlidir. Rektora məsələdən agah olandan sonra baş həkimi vəzifəsindən uzaqlaşdırmaq istəyib.
Əldə etdiyimiz xəbərdə bildirilir ki, S.Musayevin yaş senzinə görə rəhbər vəzifədən kənarlaşdırılması qanunauyğun hesab edilib. G.Gəraybəyli də elə bu səbəblə baş həkimi işindən kənarlaşdırmaq qərarı verib.

Lakin ATU-nun keçmiş rektoru Ə.Əmiraslanovun himayəsində fəaliyyət göstərən S.Musayevə batmaq çətin olub. Eks-rektorun və S.Musayevin əli çatan ayrı-ayrı vəzifəlilərin hesabına hələ ki postunda qalmağa müvəffəq olub. Hazırda rektorla baş həkim arasında qarşıdurma dərinləşib.

S.Musayev bəzi himayəçiləri və dayaqları hesabına müqavimət göstərməkdədir. Rektor isə bu vəziyyətlə tanış olduqdan sonra heç cürə barışmaq istəmir. G.Gəraybəyli də mümkün imkanlarını səfərbər edib klinikadakı biabırçılığa son qoymağa can atır. Bu qarşıdurmanın necə nəticələnəcəyi hələ ki bilinmir.

Qeyd edək ki, dövlət başçısının Ehtiyat Fondundan ayrılan vəsaitlə tikilən müasir klinikada direktor Surxay Musayevin öz qaydaları tətbiq olunur. Tibb ocağında həkimlərin qəbuluna düşmək Quantanamo həbsxanasından qaçmaqdan mürəkkəb prosesdir. Klinikada bir vətəndaş belə ödənişsiz həkimlə görüşə bilməz.

Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşıb hansı həkimin yanına getdiyini söyləmək lazımdır. Bu zaman qəbulda çalışan klinika əməkdaşları həmin həkimin müayinəsinin qiymətini açıqlayır. Hər həkimin də öz qiyməti var. Klinikada nə şikayət etməyin, nə də Səhiyyə Nazirliyinin “qaynar xətt”inə zəng etməyin mənası var.

Onsuz da klinika tələb olunan məbləği almadan həkimlə görüşə buraxmır. Hər iki tərəfdən girişdə mühafizəçilər yerləşdirilib və xəstələri qəbz təqdim etmədən yuxarı mərtəbələrə buraxmır. Mühafizəçinin biri direktorun kabineti ilə üzbəüzdə yerləşən liftin ağzında çəpər kimi saxlanıb, digəri isə əks istiqamətdə. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın