Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Atasız dünyaya gələcək şəhid övladı, ölümdən bir saat öncə vida zəngi – VİDEO

Atasız dünyaya gələcək şəhid övladı, ölümdən bir saat öncə vida zəngi – VİDEO

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Fuad Qafarov şəhid olmamışdan öncə atasına zəng vurur. Onunla və əmisi ilə görüşmək istədiyini bildirir.

Azinforum.az lent.az-ın hazırladığı reportajı təqdim edir:

Şəhid olmamışdan bir neçə saat öncə də atası Fərhad Qafarov və həyat yoldaşı ilə telefonla danışır. Azyaşlı övladını və tezliklə ana olmağa hazırlaşan həyat yoldaşının səhhətini soruşur: “Təxminən 20 gün bundan öncə zəng elədi ki, əmimi də götür gəl sizinlə görüşmək istəyirəm. Görüşdük. Apardı bizə xidmət elədiyi əraziləri, düşmən postlarını göstərdi. Ruh yüksəkliyi var idi. Hərtərəfli insan idi. Şəhid olmamışdan öncə mənə zəng vurmuşdu. Dedi ki, tabeliyimdə olan əsgərlərdən cavabdehəm, başımla cavab verirəm. Elə başından da getdi. Bir saat qabaq da həyat yoldaşına zəng vurub”.

Niyazabad kənd orta məktəbində təhsil alan şəhid Fuad Qafarovu müəllimləri də xoş sözlərlə xatırlayır.

Məktəbin direktoru Əmirxan Sərdarov deyir ki, Fuad məktəb illərində öz ədəb-ərkanı ilə seçilən şagirdlərdən olub: “Məktəbin 9-cu sinfini 2003-cü ildə bitirib, sonra təhsilini rayonda davam etdirib. Hərbi xidmətdə də, məktəb illərində də onun Vətənə, torpağa bağlılığını müəllimləri də təsdiqləyir”.

Müəllimi Nazim Mövlanov da onunla fəxr etdiklərini bildirib: “Bütün müəllim kollektivi, bütün kənd onu layiqli, tərbiyəli oğlan kimi tanıyırdı. Vətənin, həmyerlilərinin fəxr edə biləcəyi bir gənc idi. Biz çox təəssüf edirik ki, onun taleyi belə yekunlaşdı. Ancaq o, bizim qəlbimizdədir, ruhu bizim xalqımızladır. Allah rəhmət eləsin!”

Qeyd edək ki, Fuad Qafarov fevralın 11-də axşam saatlarında ermənilərin işğal olunmuş ərazilərimizdən mövqelərimizi atəşə tutmasının qarşısı alınarkən atışmada şəhid olub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın