Cümə , Aprel 12 2024
Ana səhifə / Şou Biznes / Atasından Şəbnəmə: “Bu qapı üzünə açılmayacaq”

Atasından Şəbnəmə: “Bu qapı üzünə açılmayacaq”

“15 yaşıma kimi mənə yubka geyindirə bilməyiblər. Mən oğlan kimi böyümüşəm. Şalvar, köynək, kepka. Çox oğlan kimi böyümüşəm. Heç kəs deməzdi ki, “bu qızdır”.

Bu sözləri müğənni Şəbnəm Tovuzlu “Həmin Zaur” verilişində deyib.

İfaçı atasının yanlış anlaşılan açıqlamasından da danışıb:

“Bir dəfə verilişlərin birində yubka geyinmişdim. Efirdən sonra atam zəng etdi ki, “qızım, o donu heç vaxt atma, sənə çox gözəl yaraşır”. Mən anladım ki, o nə demək istəyir. Dedim ki, “papa, üzrlü say”. Bəlkə də düzgün oturmamışdım. Ondan sonra mənə dedi ki, “bir də onu sənin əynində görsəm, bu qapı sənin üzünə açılmayacaq”. (Publika.az)

Həmçinin oxuyun

“Cehiz ürəyimə yatmadı, hamısını yandırdım” – Video

Əməkdar artist Elnarə Abdullayeva cehizini yandırıbmış. Sənətçi bunu “7 tamam” verilişində bildirib.   “Öz ailəmizə görə yüksək …