Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Atası tərəfindən başı kəsilən uşağın anası komitə sədri ilə görüşüb (FOTO)

Atası tərəfindən başı kəsilən uşağın anası komitə sədri ilə görüşüb (FOTO)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Beyləqan rayonunda vətəndaşları qəbul edib. 
APA-nın məlumatına görə, görüşdə Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə, Ağdam və Beyləqandan olan vətəndaşlar iştirak edib.
Qəbulda bir neçə gün əvvəl rayonun Kəbirli kəndində atası tərəfdən başı kəsilən 7 yaşlı Ümidin anası Mahirə Abışova və babası Namaz Abışov da iştirak edib.
Hicran Hüseynova komitənin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətlərin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılacağını, aidiyyatı üzrə tədbirlər görüləcəyini deyib.





Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın