Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / “Atam şəxsi həyatında bir kişi kimi xoşbəxt deyildi” – VİDEO

“Atam şəxsi həyatında bir kişi kimi xoşbəxt deyildi” – VİDEO

“Heç zaman dilimə gətirə bilməzdim ki, atasızlar sırasına girəcəm. Həm də anasızlar. Çünki atam mənə həm ata, həm də ana olub. Şəxsən mənim üçün belə olub. Məktəbdən evə gələndə artıq atamın bişirdiyi yeməklərin qoxusu bloka, liftə yayılırdı. O, çox dadlı toyuq bulyonu hazırlayırdı. Atam bizi tərk edib. O, elə bir yerdədir ki, qayıda bilmir. Başqa ifadəni dilimə gətirmirəm. Onunla ruh əkizim kimi daxilimdə danışıram. Atamı içimdə yaşadıram. Xoşbəxt idim, indi də xoşbəxtəm”.

Bu sözləri mərhum şöhrət ordenli, Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova ATV kanalında yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi ətrafında “artistlik” edən şəxsləri dəfn etdiyi bildirib:

“Atam gedəndən sonra bəzi insanları dəfn etdim. Belə lazımdır, çünki göstərişi sevmirəm və publikaya oynaya bilmirəm. “Artistik” edə bilmirəm, etsəm də mənə yaraşmaz. Yanımda “arstistik” edənlər mənim üçün rəhmətə getdilər. Nə yaxşı ki atamın xarakterində olan xüsusiyyətlər mənim daxilimdədir”.

Verilişin aparıcısı Mətanət Əliverdiyeva “Rafael müəllimin üzündə hər zaman kədər var idi. O kədər nədən qaynaqlanırdı?” sualına S.Dadaşova belə cavab verib:

“Atam şəxsi həyatında bir kişi kimi xoşbəxt deyildi. Ona hər zaman diqqət ayırmışam. Məni “aslan parçam” adlandırırdı. O, çox sadiq insan idi.

Hər zaman mənə nələrisə vəsiyyət edirdi. Deyirdi ki, susmağı bacar. O qədər açıq sözlüsən ki, səni çox zaman yanlış anlayırlar. Mən olmayandan sonra çox məsələlər baş qaldıra bilər. Amma rahatam ki, sənin həyat yoldaşın, arxan-dayağın var. O qoymayacaq səni kimsə əzsin”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Mərhum sənətkar R.Dadaşov 16 mart tarixində vəfat edib.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …