Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Atam rəhmətə gedəndə hər bir şeyi özü ilə apardı“ – VİDEO

“Atam rəhmətə gedəndə hər bir şeyi özü ilə apardı“ – VİDEO

“Atam mənim həm dostum idi, həm atam. Anam həmişə bizi qısqanırdı. O, hər zaman mənə dəstək olurdu. Anama deyirdi ki, işin olmasın, bilmək olmur sabah gəlin köçəcək, necə olacaq. Atamın itkisi həyatımda çox böyük zərbə oldu. Çünki ən şirin yaşımda onu itirdim. 19 yaşım tamam olmamışdı”.

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Onun sirri” proqramında deyib.

“Heç gözləmirdik ki, bu, ola bilər. Həmişə gümrah, gülən, gəzən insan birdən yatağa düşür və 1 ayın içində yox olur. 52 yaşında rəhmətə gedib. Doğrudan da insan bilmir sabah başına nə gələr. Həkimlər qalmadı, haralara getmədik. Özü də xəstə olanda uşaq kimi olmuşdu. Həyat yoldaşından ancaq dəstək istəyirdi. Ona deyirdi, bəlkə səni incitmişəm məni bağışla. Həmin məqamlarda ona o qədər sığımışdı ki…

Atamın ölümü həyatımı çox dəyişdi. O yaşa qədər ümumiyyətlə bilmirdim ki, əziyyət nədir? Atam rəhmətə gedəndə hər bir şeyi özü ilə apardı: hüzuru, ruzini, mehribançılığı…” deyə, sənətçi bildirib.

Aparıcı Lətafət Ələkbərova atasının ölümünün Fatimədən gizlədildiyini vurğulayıb. Sənətçi həmin günü belə xatırlayır:

“Bilirdim ki, xəstədir və artıq əməliyyat da olmuşdu. Əməliyyatın 3-cü günü idi. Reanimasiyada idi. İkinci gün yanına gedəndə gördüm. Ən axırıncı üz-üzə görüşümüz idi. Onu görəndə gülümsədi və gözündən yaş gəldi. Dedim ki, hər şey yaxşı olacaq. Mənə səni çox istəyirəm, hər şeyimsən dedi. Düşünürdüm ki, onu yenə də görəcəyəm, hər şey yaxşı olacaq. Buna ümid edirdim. İnana bilməzdim ki, atamı itirərəm, elə bir şey ola bilməz.

Artıq üçüncü günü öz evimdə ailəmlə, uşağımla birlikdə idim. Gecə saat 3-də anam zəng vurdu ki, həyat yoldaşım getsin xəstəxanaya. Başqa heç nə demədi. Dedi ki, təzyiqi qalxıb yanında olmaq lazımdır. Aldatdı məni.

8 aylıq körpəmi necə bələyib geyindirdim, bayırda da itlər ulayırdı. İndiyə qədər o səs qulağımdadır. Uşağı əlimə götürəndə hər yer zülmət qaranlıq oldu, işıqlar getdi. Düşdüm aşağı, yoldan keçən maşını saxlamışam, yalvarmışam, gəlmişəm məhəlləmizə, girmişəm evə. Sonra qayınanam zəng vurdu ki, qayıt bizə, uşağı qoy, gəlib indi səni götürəcəklər. Yenə də inanmadım. Qaça-qaça getdim uşağı verəndən, evə gələndən sonra gözləyirəm, görürəm xəbər yoxdur. Artıq 8-in yarısıdır. Zəng vurdum, dedilər apardılar. Mənim səsimə bütün qonşularımız yığışdı…

İndi eşidəndə uşaq atasız böyüyür, atılır inana bilmirəm. Necə atasız yaşamaq olar? Çünki mən 19 yaşına kimi o sevgini görmüşəm”.

Axsam.az

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …