Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Atam heç vaxt xoşbəxt olmadı” – Xalq artistinin qızı + Video

“Atam heç vaxt xoşbəxt olmadı” – Xalq artistinin qızı + Video

Müğənni Səidə Dadaşova efirdə anası ilə bağlı verdiyi açıqlamalarla gündəmə gəlib. 

Xəzər telekanalında yayımlanan “5/5” verilişində qonaq olan ifaçı özünü anasızlar sırasında gördüyünü deyib: 

“Çoxdan anasızlar sırasındayam. Mən anam ola-ola o, sıradayam. Mənim atam da, anam da atam olub. Adamı dünyaya gətirməklə deyil ki… Eləsi var ki, uşağı dünyaya gətirib, amma balasından xəbəri yoxdur”. 

S.Dadaşova mərhum atası Rafael Dadaşovun bir qadını sevdiyini deyərək göz yaşlarına hakim ola bilməyib: “Milyonların, qadınların sevimlisi olan atam xoşbəxt olmadı. Bir qadını o cür sevdi, amma tək qaldı. Onu sevmədi, istəmədilər. Onun qədrini bilmədilər. Atam ömrüboyu özünü ailəsinə həsr etdi”. 

Qeyd edək ki, S.Dadaşovanın anası Sədaqət bir neçə il əvvəl Türkiyədə evlənmə verilişinə qatılaraq gündəmə gəlmişdi.

Həmin görüntüləri təqdim edirik:işdi.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …