Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Şou Biznes / Ata olduğu deyilən Mübariz Tağıyevdən İLK AÇIQLAMA

Ata olduğu deyilən Mübariz Tağıyevdən İLK AÇIQLAMA

Xalq artisti Mübariz Tağıyevin üçüncü dəfə ata olduğu barədə məlumat yayılıb.

“Ölkə.az” sənətkarın oğlan övladının dünyaya gəldiyini yazıb.

“Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün xalq artisti ilə əlaqə saxlayıb. 

Mübariz Tağıyev saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib:

“Yalan məlumatdır, ata olmamışam. Mənim nəvəm olub. Qızımın oğlu dünyaya gəlib”.

Qeyd edək ki, xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. Birinci evliliyindən iki qızı var. M.Tağıyevin ikinci həyat yoldaşı rəqs müəlliməsidir.

Həmçinin oxuyun

10 il evli qaldıq, 9 il xəyanət etdi – Müğənni keçmiş arvadından danışdı

Türkiyəli müğənni Berdan Mardini keçən il boşandığı həyat yoldaşı Fatoş Yelliler haqqında etiraf edib. Belə …