Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / Ata mülkünü adına keçirmək istəyirdi, amma… – VİDEO

Ata mülkünü adına keçirmək istəyirdi, amma… – VİDEO

Evin addan-ada keçirilməsi zamanı ailənin başına qeyri-adi hadisə gəlib -mənzildə tanımadıqları şəxsin qeydiyyatda olduğunu öyrəniblər. İndi isə evi geri qaytarmaq üçün nə etmək lazım olduğunu bilmirlər. Bəs qanun bu yerdə nə deyir?

Azinforum.az  Xəzərxəbər-ə istinadən bildirir ki, mülk sahibi olan atalarının vəfat etməsi ilə vərəsəlik hüququndan istifadə edərkən gözləmədikləri halla rastlaşıblar.

Mülk sahibi dünyasını dəyişdiyindən məsələ yalnız məhkəmə yolu ilə öz həllini tapa bilər. Məhkəmə tərəfindən ilk növbədə mənzilə qeydiyyata düşmənin legitimliyi araşdırılacaq. Bunun  mərhumun razılığı, yaxud da vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadəsi nəticəsində baş verdiyi müəyyən olunacaq.

Qanuni yolla qeydiyyata alınma həyata keçirlmiş olarsa qarşı tərəf də iddia ərizəsi qaldıra və kompensasiya tələb edə bilər. Amma varislərin tələbi hər bir halda qeydiyyatdan çıxarılma baş tutacaq.

İddia qaldıran tərəf mərhumun ailəsi olsa da qanunsuz qeydiyyata alınma faktı təsdiq olunduğu  halda məhkəmə xərcləri qarşı tərəfdən alınıb ailə üzvlərinə geri qaytaracaq. Məhkəmə hadisənin məmur özbaşınalığı nəticəsində baş verdiyini müəyyən etdiyi halda isə mərhumun vərəsələri təzminat ərizəsi ilə müraciət edə və itirilmiş vaxta, dəymiş maddi və mənəvi ziyana görə kompensasiya tələb edə bilərlər.

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …

Bir cavab yazın