Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / “Ata kimi mənimçün çox ağırdır” – Eldar Sabiroğlu

“Ata kimi mənimçün çox ağırdır” – Eldar Sabiroğlu

Keçmiş müstəntiq Rüfət Səfərovin məhkəməsinin yaxın zamanlarda keçiriləcəyi gözlənilir. Artıq istintaq bitib. Rüfət Səfərovu 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Moderator.az – ın əməkdaşı R. Səfərovun atası – sabiq deputat, ehtiyyatda olan polkovnik Eldar Sabiroğlunun yaranmış son durumla bağlı fikirlərini öyrənib:

“Üzərinə qoyulmuş maddə onu göstərir. Rüfət intiqmın qurbanıdır. İnsan həyatı ilə bu dərəcədə qəddarcasına rəftarın baiskarının kimliyi barədə öz fikirlərimi ictimaiyyətə bir neçə dəfə açıqlamışam. Qisasçılığın övlada tətbiqini o cür adamlar dərk etməz, çünki belələrinin nə fikirlərində, nə də qəlblərində insaf olmur. Ona görə də məsələ gəlib bu yerə çıxdı. Görək sonu nə ilə bitir. Ata kimi mənimçün çox ağırdır. Təsəvvür edin, tək oğlumu 12 ilədək azad həyatdan məhrumiyyət gözləyir…Övladım həm də istefasının altını çəkir. Lakin onun təmizliyinə, dürüstlüyünə zərrəcə şübhəm yoxdur. Gərək ki, Rüfət addımı atmamışdan öncə dərindən götür-qoy etməli, onu hansı talenin gözlədiyini duymalı idi… Artıq keçib. Bu yaxınlarda məhkəmə prosesi baş verəcək. Ümid edirəm ki, ədalət mühakiməsi zamanı günahsızlığını sübut etməyə, ona qarşı yönələn böhtanları ifşa etməyə hüquqi biliyi, ağlı və istedadı yetəcəkdir. Bunun nəticə vermədyi halda oğluma möhkəm iradə, çətinliklərə dözümlü olmağı, mətinliyi arzu edirəm. Əlbət, haqq-ədalət öz yerini tapar. Əks təqdirdə, illərin əzabını Rüfətlə birlikdə yaşamağa məhkum olacağıq…”

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın