Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Astarada replə dərs deyib velosipedlə kitab paylayan müəllim – Video

Astarada replə dərs deyib velosipedlə kitab paylayan müəllim – Video

Sosial şəbəkələrdə izlənmə rekorlarını qıran videoların müəllifi, tarix müəllimi Həbib Əlizadə velosipedlə kilometrlərlə yol qət edib, kəndləri gəzir və uşaqlara müxtəlif ədəbiyyatlar verir.

Belə ki, müəllim onlara maraqlı kitablar, test bank nümunələri və bədii əsərlərdən seçmələr paylayır. 26 yaşlı pedoqoq bunu məktəblilərin yay tətilini maraqlı dəyərləndirmək üçün etdiyini deyir. O, əsasən ona hədiyyə olunan kitabları paylayır.

Həbib Əlizadə – Tarix müəllimi: “Məktəb bitdiyi üçün çox paylaya bilmədik. Az bir hissəsini payladıq. Velosiped sürmək hobbim olduğu üçün düşündüm ki, bəlkə bunu velosipedlə gedə-gedə qarşıma çıxan uşaqlara paylaya bilərəm. Çox şükür alındı. Hal-hazırda davam edirik”.

Müəllim kitabların bir hissəsini çalışdığı Lənkəranın ucqar kəndi Gəgiranda da paylayıb. O, hazırda velosipedlə doğulduğu Astara rayonun kənd məktəblərinə üz tutub. Həbib Əlizadə yay tətili boyunca bu işini davam etdirəcəyini deyir.

Həbib Əlizadə – Tarix müəllimi: “İndiyə qədər Astarada 6 kənd gəzmişəm. Gün ərzində çalışıram ki, 50-100 uşağa hədiyyə verim. Hədəfim var aşağı kəndləri bitirəndən sonra, ucqarlara da gedim. Ən azı 20 kəndə getmək hədəfim var”.

Havalar isti olduğu üçün müəllim velo səyahətinə saat 17:00-dan sonra başlayır. Onun bu addımı yerli insanlar tərəfindən də maraqla qarşılanıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın