Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Astara Pedoqoji Kollecində hansı əsasla hicaba qadağa qoyulub?

Astara Pedoqoji Kollecində hansı əsasla hicaba qadağa qoyulub?

Astara Pedoqoji Kollecində dünəndən başlayaraq, yeni direktor Yusif Şahnamazov dindar tələbələrə qarşı qadağalar tətbiq etməyə başlayıb. Bu barədə ölkə mətbuatına adının çəkilməsini istəməyən tələbələrdən biri məlumat verib. Onun sözlərinə görə, direktorun əmri ilə başı örtülü, hicablı qız tələbələrə dərsdə ola-ola qaib yazılıb: “Direktorun adıyla kolecdə elan olunub ki, bu tapşırıq Təhsil Nazirliyindən verilib və dərsə hicabla gələnləri buraxmayacaqdır”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənə bilmədik (mia.az).

Biz də sayt olaraq bu məsləni araşdırmaq üçün Astara Pedoqoji Kolleci ilə əlaqə saxladıq. Zəngimizə cavab verən kollecin xanım əməkdaşı bildirdi ki, qadağa əvvəldən də vardı, indi də davam edir. Biz sonra kollecin tədris hissə müdiri Şükran Şabanov ilə əlaqə saxladıq.

“Biz heç kimə deyə bilmərik ki, siz hansı formada gəlin, hansı formada gedin. Bu, mümkün deyil… Sadəcə bizim daxili nizamnaməmiz var, ağ köynək və qara yubka geyinirlər, müntəzəm olaraq deyirik ki, o formada geyinin. Nə vaxt istəyirsinizsə, gəlib baxa bilərsiniz”, – deyə Şükran Şabanov bildirdi.

“Az öncə sizin əməkdaşlar bildirdi ki, qadağan olunub… Sizin kollecin işçisi yalan danışır?”, – deyə soruşduq. “Nəbilim, vallah”,- deyə Şükran Şabanov təəcüblə sualımızı cavabsız qoydu. “Yəni, istənilən tələbə rahat şəkildə hicabla gələ bilər?”,- deyə dəqiqləşdirmək istədik. “Yox, biz təbliğat aparırıq ki, olmasa, daha yaxşıdır, o biri uşaqlarda yoxdur… çünki ona görə… belə bir şey olub yəni” ,- deyərək tədris hissə müdiri cavab verdi.

Biz bu məsələ ilə bağlı 1f11eaadc5a6085dc0729a65a75da695149Astara Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova suallarımıza belə cavab verdi: “Kollec bizim tabeliyimizdə deyil, müstəqildir. Kolleclər bir başa Təhsil Nazirliyinə tabedir. Rayon üzrə isə İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin nəzarət edir”.

Astara rayon İcra hakimiyyətinə dəfələrlə zəng etsək də, zənglərimizə cavab verən olmadı. Məsələyə tam aydınlıq gətirmək üçün, Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Suallarımızı Təhsil Nazirlyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova verdik. Cəsarət Valehov bizi dinləsə də, hər zamankı kimi suallarımıza c1396944874_cesaret-valehov-cenubnewsavab vermək istəmədi. Və “email” vasitəsi ilə müraciət etməyimizi məsləhət gördü.

Müxbirimiz təkidlə “məktəb, kollec və təhsil müəssisələrində hicabla gəlməyə qadağa varmı?” – deyə soruşduqda Cəsarət Valehov “bilmirəm” deyərək dəstəyi asdı. Görəsən, Təhsil Nazirliyinə yazılmamış qadağalar tətbiq olunmağa başlayıb? Ümid edirik, bu və digər suallara tezliklə aydınlıq gətiriləcək.  (Qafqaznews.az)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın