Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Aslan Şahverdiyevin kürəkəninin həbsi xəbəri yayıldı

Aslan Şahverdiyevin kürəkəninin həbsi xəbəri yayıldı

Millət vəkili Astan Şahverdiyevin kürəkəni Qaçay Nəcəfovun həbs edilməsi ilə bağlı məlumat yayılıb.

AzNews.az-a daxil olan məlumata görə, Q.Nəcəfovun adı “MTN işi”ndə hallanır və bu səbəbdən o, dünən həbs edilib.

Məlumatı dəqiqləşdirmək üçün millət vəkili A.Şahverdiyevlə əlaqə saxladıq. Deputat kürəkəninin Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olduğunu təsdiqləsə də, onun nazirlikdəki işi ilə çoxdan vidalaşdığını və həbsi ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib: “Kürəkənim 1 il 6 ay əvvəl nazirlikdəki haqsızlığa dözməyərək öz ərizəsi ilə Milli Təhlükəsizlik Nazirliyindəki işindən ayrılıb. O, yarım saat əvvəl uşaqlarını məktəbdən gətirib. Ona görə də bu yayılan məlumatların heç bir əsası yoxdur.

Bu xəbəri yayanlara demək istəyirəm ki, insanı şərləmək olmaz. Mənim ailəm, kürəkənim, yoldaşım, övladlarım və nəvələrim pak və təmiz insanlardırlar. Biz ailəlikcə dövlətə və dövlətçiliyə sadiqik”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın