Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Aşıqlar Birliyində kreslo davası

Aşıqlar Birliyində kreslo davası

Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra Azərbaycan Aşıqlar Birliyi sədrinin kreslosu boşdur. Qaynar.info xəbər verir ki, artıq Z.Yaqubun vəfatından 40 gün ötdüyündən bu vəzifəyə aşkar-gizli iddialılar ortaya çıxmaqdadır. 
Gəzən söz-söhbətlərə görə, sədrlik iddiasında olanlardan biri də professor Məhərrəm Qasımlıdır. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, əslində Məhərrəm Qasımlı AAB-nin birinci katibi olduğundan bəlkə də, burda qeyri-adi bir şey yoxdur. Çünki o, həm də folklorşünasdır.
Amma məsələ burasındadır ki, son illərdə M.Qasımlının da səhhətində ciddi problemlər yaranıb. 2014-cü ildə hətta aylarla xəstəxanada yatıb. Hazırda da ciddi həkim nəzarətindədir. Elə xəstəlik səbəbindən də “Mədəniyyət” kanalında apardığı verilişi dayandırmalı olub.
Aşıqların əksəriyyətinin də fikri budur ki, M.Qasımlı bu vəzifəyə layiq olsa da, sadəcə olaraq belə bir ağır və məsuliyyətli işin altına girməsi mümkünsüzdür. Çünki əvvəla, o, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini kimi çox məsul bir vəzifəni də daşıyır, bir neçə ali məktəbdə dərs deyir. Digər tərəfdən də səhhətində ciddi problemlər var. Ona görə də aşıqların əksəriyyəti M.Qasımlıya hörmətlərini ifadə etməklə yanaşı, onun indiki halda bu vəzifənin məsuliyyətini daşıyacaq durumda olmadığını bildirilər.
Bir müddət əvvəl M.Qasımlının səhhətiylə əlaqədar bu vəzifəni qəbul etmək istəmədiyi bildirilsə də, son günlər onun daha bir vəzifəyə yiyələnmək həvəsində olduğu üzə çıxır. Bu işdə ona Mədəniyyət və Turizm Nazirliyindəki dostları himayədarlıq edirl. Mədəniyyət və Turizm Nazirliyindən aşıqların rəyini nəzərə almadan M.Qasımlını sədr etmək istəyənlər var ki, bu da sonunda aşıqların ciddi narazılığına səbəb ola bilər. Aşıqlar isə istəyir ki, bu vəzifəyə daha gənc və enerjili, sənəti bilən, təşkilatçılıq qabiliyyəti yüksək olan, aşıqlar tərəfindən qəbul ediləcək biri seçilsin.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın