Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə – FOTO

Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə – FOTO

Əməkdar incəsənət xadimi Aşıq Zülfiyyə İbadovanın həyat yoldaşı Sakit İbadov bədbəxt hadisə ilə üzləşib.

Bu barədə sazın mahir ifaçısı “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən məlumat verib.

Aşıq Zülfiyyə həyat yoldaşı Sakitin ev təmiri zamanı barmağını “laqonda” aparatı (elektrik mişarı – red.) ilə kəsdiyini açıqlayıb:

“Evdə təmir işlərinə başladıq. Sakitə dedim ki, ustaya deyək, gəlib köməklik etsin. O isə sözlərimə qulaq asmadı və başına belə bədbəxt hadisə gəldi. Amma Sakit hər işi bacarır. Hazırda əli sarğıdadır, vəziyyəti isə yaxşıdır”.

Qeyd edək ki, bu il evliliklərinin otuz illini qeyd edəcək Aşıq Zülfiyyə ilə Sakit İbadovun Babək adlı bir oğlan övladları var. Babək İbadov da müğənni kimi fəaliyyət göstərir.

oxu.az

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …