Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …