Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Arvad mənimdir, özüm bilərəm!” – Aytəni döyən futbolçu +Foto

“Arvad mənimdir, özüm bilərəm!” – Aytəni döyən futbolçu +Foto

“Neftçi”, “Turan” və MOİK-in sabiq futbolçusu nigeriyalı Erik Obidikenin azərbaycanlı həyat yoldaşı Aytən Obidikeni vəhşicəsinə döydüyü haqda xəbər vermişdik. 

“Qafqazinfo”ya açıqlama verən keçmiş müdafiəçi məsələyə aydınlıq gətirib.

O, həyat yoldaşı ilə arasında problem olduğunu, lakin mətbuatda yazılanların şişirdildiyini bildirib: “Yoldaşlımla aramda problemlər var. Amma bu yazılanlar qədər şişirdiləcək məsələ deyil. Aytəndən də soruşdum və dedi ki, heç kimə bu barədə danışmamışam. Hansı kişi deyə bilər evində problem olmur?! Dalaşmışıqsa da, arvad mənimdir, özüm bilərəm! Başqa adama problem yaratmamışam ki? Guya, azərbaycanlı kişilərlə arvadları arasında mübahisə, dava-dalaş olmur? Dalaşdığımız düzdür, amma bu qədər də yox”.

Qeyd edək ki, cütlüyün Rəvan və Mələk adında iki övladları var.

 






Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın