Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Şou Biznes / “Artıq-əskik danışmayın, sözünüz varsa, gəlin üzümə deyin” – Kamil Zeynallı – Video

“Artıq-əskik danışmayın, sözünüz varsa, gəlin üzümə deyin” – Kamil Zeynallı – Video

Fitnes-trener Kamil Zeynallı idman zallarında qadınların kişi zalında məşq etməsini pisləyib.

“”Hər şey daxil” proqramının qonağı olan idmançı fikrini belə əsaslandırıb:

“Əgər qadın üçün ayrı, kişi üçün ayrı zal varsa, qadın niyə kişi zalında məşq etməlidir? Düzdür, indi ekran qarşısında oturanların çoxu məni qınayacaq ki, məşqçiyə bunun nə aidiyyatı var. Mən düşünürəm ki, qadın qadın zalında məşq etməlidir, kişi kişi zalında. Çünki qadın üçün elə hərəkətlər var ki, kişilərin içində onu edəndə bir az yaxşı görünmür. Adama deyərlər, bu qədər qadın zalı olan yerdə sənin kişilərin içində nə işin var?” 

Kamil sözünün sonunda qadın və kişilərin eyni zalda məşq etdirən həmkarlarına belə bir söz deyib: “Bu sözlərimə görə, məni qınamayın a, artıq-əskik danışmayın, sözünüz varsa, gəlin üzümə deyin”. /baku.ws

Həmçinin oxuyun

Afət Fərmanqızı ilə Rövşanə arasında qalmaqal

“Əslində ərlərinin qollarının şəkilini paylaşan xanımlar çox idi, amma təkcə o, xanım buna reaksiya verdi…” …