Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Şou Biznes / Arda Berkayın arvadına sataşıb – “Peşmanam, öldür məni”

Arda Berkayın arvadına sataşıb – “Peşmanam, öldür məni”

Tanınmış futbolçu Arda Turanla müğənni Berkay Şahinin davasının təfərrüatı məlum olub. “Qafqazinfo” xəbər verir ki, Berkayın xanımı Özlem Ada Şahin “Habertürk”ə şok açıqlama verib. 

O, əri ilə kluba getdiyini, başqa stolda Arda Turanın dostları ilə əyləndiyini bildirib. Berkayın xanımı daha sonra futbolçunun ona yaxınlaşaraq sataşdığını iddia edib:

“Arda gecə klubunda qoluma toxundu və mənə yaxınlaşaraq dedi ki, “evli olmasam, səni əldən qaçırtmazdım. Çox gözəl qızsan”. Mən də ona “Nə danışırsan? Özünə gəl” cavabını verdim. Söhbətimizi Berkay eşitdi və Ardaya söylədi ki, “Xanımı evə göndərirəm, sənlə tək danışacam”. Başını mən tərəfə çevirdi və “Səni evə göndərirəm” dedi. Bu anda Arda ona yumruq vurdu.

Hər şey bir neçə dəqiqədə baş verdi. Berkay əsla ona toxunmadı, vurmadı. Sakit bir şəkildə söhbət edəcəyini bildirdi. Berkayı qanlar içində birbaşa xəstəxaya apardıq. Əməliyyat olunacaq. Mən Ardanın xanımını tanıyıram, salam-sağ olumuz var. Bir yerdə otururuq. Ən əsası o, hamilədir”.

Qəzet yazır ki, Özlem Şahin hadisənin səhəri günü futboçunun xanımı Aslıhan Doğana zəng vuraraq hadisə barədə ona məlumat verib.

O da qeyd olunub ki, daha sonra A. Turan əlində silahla xəstəxanaya gedərək Berkaydan üzr istəyib: “Sənin arvadının olduğunu bilmirdim. Öldür məni, çox peşmanam”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Aysel üçün “Maşın” əldən getdi

“Maşın” realiti-şousunun “Hind kinosu” devizi altında yayımlanan 17-cü sürətinin üçüncü günündə aktrisa Aysel Nazim SMS …