Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Şou Biznes / Araz Ağalarov pişiyi ilə bir masada səhər yeməyi yedi – VİDEO

Araz Ağalarov pişiyi ilə bir masada səhər yeməyi yedi – VİDEO

Azərbaycanlı milyarder Araz Ağalarovun maraqlı videosu yayılıb.
Videoda milyarder pişiyi ilə birlikdə səhər yeməyi yeyir.
Videonu Araz Ağalarov şəxsi instaqram səhifəsində paylaşıb. Belə ki, səhər yeməyi yeyən milyarder yanındakı masada pişiyi üçün yer ayıraraq, boşqaba süd əlavə edib. Daha sonra isə birlikdə səhər yeməyinə davam ediblər. Video qısa müddət ərzində minlərlə izləyici tərəfindən baxılıb.
Məlumat üçün bildirək ki, Araz Ağalarov 50-dən çox elmi işin, “Rossiya na puti k rınku” monoqrafiyasının müəllifi, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının üzvüdür. 2012-ci ildə Forbes jurnalının Rusiyanın “daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutub. Onun rəhbərlik etdiyi “Crocus” şirkətinin daşınmaz əmlak icarəsindən gəlirləri 2011-ci ildə 700 mln. dollar təşkil edib.(baku.ws )

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …

Bir cavab yazın