Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Araqla Redbull içmək kokain qədər təhlükəlidir – XƏBƏRDARLIQ

Araqla Redbull içmək kokain qədər təhlükəlidir – XƏBƏRDARLIQ

Elm adamlarının kofeinin faydalı olması ilə bağlı bir çox cəhətdən sübut olunmuş tədqiqatları var.
Ancaq söz mövzusu kofein ilə spirti birləşdirmək olduqda yeni aparılan bir araşdırmanın nəticəsi tam əksinə işarə edir. Kofein və spirt qarışığı kokain ilə eyni təsiri yaradır.

Moderator.az xarici mediaya istinadən bildirir ki, “The Purdue” universitetində aparılan bir tədqiqatda kofein və alkoqolun təsirlərini ölçmək üçün siçanlar kiçik damlalar verilib.

Aparılan test nəticəsində siçanların vücudun hərəkət etmə bölgələri olan lokomotor bölgəsindəki fəaliyyətlərdə ciddi artım müşahidə olunub. Bu artımın səviyyəsi və təsirləri eyni test daxilində istifadə edilən və kokain verilən siçanlarda də eyni şəkildə olub.

Araşdırma qrupu, həmçinin spirt və kofein qarışığından sonra beyindəki dəyişikliklərə də baxıb. Beynin alt hissəsində yer alan və asılılıqları idarə edən hissə olan “Nükleus Akumbens”də protein səviyyəsinin artdığını müşahidə ediblər.

Nəticə olaraq, kofein və spirtli içkini birlikdə qəbul etmək, başda kokain olmaqla, bir çox narkotik maddənin yaratdığı həssaslıq və təsirlərin eynisini yaradır.

Xüsusilə araq sevərlərin əvəzolunmazları olan redbullu araqla içməsi olduqca təhlükəlidir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın