Ana səhifə / Şou Biznes / Aqşin Yeniseydən Rüfət Quliyev olayına tam fərqli – MÜNASİBƏT

Aqşin Yeniseydən Rüfət Quliyev olayına tam fərqli – MÜNASİBƏT

73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev 2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanaraq hər iki ayağını itirən SərxanTahirzadəyə “seçicim deyilsən, sənə kömək edə bilmərəm” deyib. Deputatın bu sözləri geniş müzakirəyə və qınağa səbəb olub.

Moderator.az məsələ ilə bağlı şair Aqşin Yeniseyin münasibətini öyrənib.

Aqşin Yenisey deyib ki, belə bir hadisə baş veribsə, nə pis: “Ancaq məncə, bu məsələ bir az mediativ oyuna bənzəyir”.

Aqşin Yeniseyin sözlərinə görə, məhz deputat-seçici qarşılaşdırması bu işin içində bir iş olduğuna şübhə yaradır: “Yaxşılıq etməmək üçün insanların o qədər bəhanəsi var ki. Məhz deputat-seçici qarşılaşdırması bu işin içində bir iş olduğuna şübhə yaradır. İndicə bir müsahibə oxuyuram. Yazıçı -psixoanalitik deyir ki, mənim jurnalistə dediym “Bəzən yanlış bir söz psixi problemi olan insanı intihara apara bilər” fikrimi, jurnailst mətbuatda “Bir kəlmə sözümlə insanı öldürə bilərəm” kimi vermişdi. Yəni bu cür əhvalatlar tək bizim mətbuatda olmur”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın