Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Şou Biznes / Aqşin hansı məşhurun əli ilə “Maşın”dan göndərildi? – Onu qucağına aldı və…

Aqşin hansı məşhurun əli ilə “Maşın”dan göndərildi? – Onu qucağına aldı və…

Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” realiti-şousunda səsverməyə çıxan  müğənni Niyam Salami əvvəlcə hədəfini açıqlamasa da, sonradan Kərim Abasovu oyundan çıxardığı üçün həmkarı Nazim Pişyarini “Maşın”dan uzaqlaşdıracağını deyib. Nazim isə əlini çəkərək, yarışmadan uzaqlaşıb.

Efir zamanı meyxanaçı Aqşin Fateh özünü hədəf seçdiyi üçün Niyamın “Getsin”inə səs istəyib və tərəflər arasında gərginlik də yaşanıb. Sonda Niyam Salami 54,18 faiz səs toplayaraq, qalib gəlib. O, şoudan meyxanaçı Aqşin Fatehi kənarlaşdırılıb.

Yarışmann ilk günü “Maşın”dan kənarlaşdırılan müğənni Kərim Abbasov da bu məsələdə yaxından iştirak edərək Aqşinin göndərilməsi üçüçn canfəşanlıq edib.

O əvvəlcə Niyamın şəklini İnstaqram hesabından paylaşaraq dostlarından kömək istəyib. “Haqq qalsın, nahaqq getsin”, – deyən fotola fikir bildirən ifaçı həmkarının qalması üçün kömək istəyib.

“Uraaa… Mənim torbamı tikənlər, sizin torbanızı mən tikdim. Şükür sənə, ya Rəbbi. Bütün səs verən dostlara təşəkkür edirəm. Var olun, Allah sizi pənahında saxlasın. Həftənin birinci günü “Maşın” şouda bütün kartları mən açacağam. Sadəcə səbr edin”, – deyən Kərim Aqşinin onun əli ilə “Maşın”dan kənarlaşdırıldığını bildirib.

K. Abbasov daha sonra Niyamla görüşdüyünü və onu qucağına aldığını əks etdirən videosunu paylaşıb. “Bəli, bu, dostluğun qalibiyyətidir. Dost dosta tən gərək, tən olmasa, gen gərək. Var ol, dostum, sözümü yerə salmadın”, – deyə ifçı həmin materialın altına sözlərini yazıb.

“Necə yaşamışıq, elə də öləcəyik. Kişi bir dəfə, namərdlər hər gün!”, – deyə sosial şəbəkədə paylaşım edən Aqşin bu sözləri studiyanı tərk edərkən Niyamın özünədə deyib.

Həmçinin oxuyun

“Mənim, yengəyə ehtiyacım yoxdur” – Mələk Heydərova

“Çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni …